Terim məşhurları “Qalatasaray”a qaytardı
25.05.2011 - 11:14
Terim məşhurları “Qalatasaray”a qaytardı
“Qalatasaray”ın baş məşqçisi postuna qayıdan Fatih Terimin köməkçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “İmperator” özünə köməkçi kimi 2000-ci ildə “Cim Bom”la UEFA kubokunu qazandığı vaxt rəhbərliyi altında oynayan futbolçuları seçib.

Bunlar karyeralarını qurtararaq, məşqçilikdə ilk addımlarını atan braziliyalı Klaudio Taffarel və Türkiyə milli komandasının sabiq yarımmüdafiəçiləri Ümit Davala ilə Hasan Şasdır. Taffarel qapıçılarla işləyən məşqçi olacaq.

Terimin köməkçi götürdüyü digər əcnəbi – amerikalı Skott Piri də ona yaxşı tanışdır. Belə ki, o, Türkiyə yığmasında Terimlə birgə çalışaraq, fiziki hazırlıq üzrə məşqçidir. Piri son vaxtlar fransalı Anrinin də oynadığı ABŞ-ın “Red Bull” komandasında çalışır.