Rəşad Sadıqovun komanda yoldaşı “Qalatasaray”a keçdi
25.05.2011 - 15:56
“Qalatasaray” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubu Ünal Aysalın prezident seçilməsindən sonra ilk yerli futbolçunun keçidini həll edib.
Belə ki, milli komandamızın kapitanı Rəşad Sadıqovla “Əskişəhərspor”da oynayan Batuhan Karadəniz bundan sonra “sarı-qırmızılar”ın uğuru üçün çalışacaq. Onunla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Batuhan son mövsümdə “Əskişəhərspor”un heyətində 19 oyuna çıxıb və 5 qol vurub.

0
0