“Xəzər Lənkəran”dan kimlər kənarlaşdırılacaq?
25.05.2011 - 23:01
“Finaldan sonra klubumuzun prezidenti komanda ilə görüşüb, futbolçuları təbrik etdi. Mükafatlandırma da oldu. Lakin bunun məbləği açıqlanmır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
O bildirib ki, son mövsümü ölkə kubokunun qazanılması ilə başa vuran komandasının hazırlıq planı hələ məlum deyil: “Klub rəhbərliyinin iclası keçiriləcək. Orada bitən mövsümün yekunları müzakirə olunacaq. Yeni mövsümə gəlincə, hələ heç nə dəqiqləşməyib. Yəqin ki, hazırlıq planına qarşıdakı günlərdə aydınlıq gələr. Bu onunla bağlıdır ki, biz finalın nəticəsini gözləməli idik. Çünki avrokuboklara hansı mərhələdən başlayacağımızı bilmədən plan qura bilməzdik. Böyük ehtimalla, Avropa ölkələrindən birinə yollanacağıq. Komandadan kənarlaşdırılanlar isə gələn həftə bilinəcək. Baş məşqçimiz Mirça Rednik də bu üzdən hələ buradadır. O, bütün işlərini bitirib, sonra Rumıniyaya gedəcək. Onun işləri də ki, təbii növbəti mövsümün planları ilə bağlıdır. Elə legionerlərimizin də çox hələ burdadır. Onlar yaxın bir neçə gün ərzində vətənlərinə gedəcəklər. Nə vaxt yığışacaqları isə hazırlıq planı məlum olanda bilinəcək”.
Vüqar XEYRULLAYEV

0
0