“Neftçi” Superkubok görüşünü dekabra saxladı
25.05.2011 - 23:00
“Komandamız Azərbaycan Superkubokunun keçirilməsinin tərəfdarıdır. “Neftçi” – “Xəzər Lənkəran” oyunlarının daha çox olması, futbolumuzun inkişafına əlavə bir töhfədir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.
O bildirib ki, təmsil olunduğu komanda “Xəzər Lənkəran”la Azərbaycan Superkubokunda qarşılaşmağa hazırdır. Lakin əyalət təmsilçisindən fərqli, “ağ-qaralar” üçün matçın keçiriləcəyi tarix böyük əhəmiyyət kəsb edir: “Bu matçın tarixi ilə bağlı məqam da var. PFL rəhbərliyi hər 2 komandaya münasib vaxt seçməlidir. Sizin saytınızın təklif etdiyi tarix bizə sərf etmir. Çünki həmin vaxt bizim komanda Avstriyada olacaq. Avrokubokların ilk matçını səfərdə keçirəsi olsaq, gərək, toplanışı yarımçıq dayandırıb 1 matç üçün Bakıya dönək. Superkubokdan sonra yenidən Avropaya yollanaq. Bu, isə mümkünsüzdür”.
Avrokuboklar ərəfəsində qarşılaşması baş tutmayan rəqiblərin avqustda oynaması mümkün deyil. Çünki avrokuboklarda irəliləyəcəyi halda, komandalarımız nəinki əlavə Superkubok matçına, heç ölkə çempionatı oyunlarına da çıxa bilmir. Bunu son illər “Qarabağ” və “Bakı”nın nümunəsindəki təxirə salmalarla görmüşük.
Elə Əşrəfoğlu da bu fikirlə razıdır: “Superkubokun avqustda keçirilməsini yalnız komandalarımıza avrokubokda uğursuzluq arzulayanlar istəyə bilər. Düzdür, Avropada Superkubok adətən avqustda olur. Lakin onlar bizim kimi təsnifat mərhələsinə bizim kimi tez başlamır”.
“Neftçi” rəsmisinin fikrincə, PFL Superkubokun tarixini 1 il əvvəldən açıqlasaydı, indi problem yaranmazdı: “Əvvəldən bilsəydik ki, lap kubokdan 1 həftə sonra Superkubok oynayacağıq - buna razı olardıq. Çünki planımızı buna uyğun qurardıq. Sizin təklif etdiyiniz vaxtı da əvvəldən elan etsəydilər, razılaşardıq. Lakin indi həmin vaxt da real görünmür. Təkcə bizim üçün yox, digər komandalar üçün də. Düşünürəm ki, PFL rəhbərliyi çempionatın gedişində 1 “pəncərə” tapıb oyunu həmin vaxta salar. Superkubokun qış fasiləsində, dekabrdakı son oyunlarından 3-4 gün sonra oynanılması məncə daha məqsədəuyğundur. Klublar indidən bilsə ki, Superkubok hansı dövrlər keçirilir, onda gələn il üçün belə problem olmamalıdır”.
Vüqar XEYRULLAYEV

0
0