AFFA media nümayəndələrini Lənkərana aparır
25.05.2011 - 16:29
AFFA media nümayəndələrini Lənkərana aparır
AFFA KİV nümayəndələrini Lənkərana aparacaq. Apasport.az saytının məlumatına görə, burada əsas məqsəd Lənkəran şəhər Mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu işıqlandırmaqdır.

Lakin cənub bölgəsinə yollanmaq istəyən jurnalistlərin sayına məhdudiyyətlər qoyacaq. Belə ki, səfərə hər KİV-dən 2 nəfər olmaqla – televiziyalardan 1 müxbir, 1 operator, qəzet və agentliklərdən 1 müxbir, 1 fotoqraf aparılacaq. Onlara burada işləmək üçün AFFA tərəfindən şərait yaradılacaq.

Qeyd edək ki, Azərbaycan – Moldova görüşü mayın 31-də, saat 18:00-da başlayacaq.