Superkubokdan imtina edəni başqası əvəzləməlidir!
25.05.2011 - 23:04
Bu ildən bərpası gündəmdə olan Azərbaycan Superkuboku cəmi 3 dəfə sahibini tapıb. Yarışın 16 illik fasilədən sonra keçirilməsinin əsas təşəbbüskarlarından olan apasport.az saytı Superkubokun artıq uzaqda qalan, lakin qısa sürən tarixini oxucularına təqdim edir.
“Səhər” qəzetinin təşəbbüsü ilə təsis olunan və “Səhər Superkuboku” adlanan yarışın ömrü cəmi 2 il 4 ay 2 gün olub. Həmin müddətdə 2 dəfə “Neftçi”, 1 dəfə “Qarabağ” titula qovuşub.
“Qarabağ” “Qızıl dubl” etdiyi üçün mükafatı oyunsuz qazandığından, cəmi 2 Superkubok matçı baş tutub. Hər ikisində iştirak edən “Neftçi” hər dəfə kuboku kolleksiyasına aparıb. Yəni, belə qarşılaşma baş tutursa, “ağ-qaralar” iştirak edib və mütləq qələbə qazanıb, özü də penaltilərlə olsa belə.
Sonuncu dəfə onlar kubokun sahibi kimi buna nail olublar. Lakin onlar çempionu yox, vitse-çempionu udublar. Çempion imtina etdiyi üçün belə addım atılıb. Bu isə o deməkdir ki, bu il də belə sərt addım atmaq olar. “Neftçi” Superkubok oynamaq istəməsə, bürünc mükafatçı “Qarabağ”ın, “Xəzər Lənkəran”ın imtinası isə “İnter”in Superkuboka yolunu aça bilər. Təki Superkubok olsun! İmtina edənlər isə özləri bilər.
Düzdür, bəziləri sonrakı illərdə qeydə alınan “Qızıl dubllar”ın sahiblərini Superkubokun qalibi elan edir. Bu məntiqlə “Neftçi” 1995/96 və 2003/04, “Kəpəz” 1997/98, “Xəzər Lənkəran” 2006/07 mövsümündə qalib gəlib. Lakin həmin vaxt heç kimə mükafat verilməyib. Üstəlik, bütün dünyada belə qəbul olunub ki, klub dubl edərsə, Superkubokda ölkə kubokunun finalçısı ilə oynayır. Yəni, bizim “Qızıl dubl” sahibləri həmin vaxt Superkubok qazandıqlarını iddia edə bilməz. “Qarabağ” ona görə istisnadır ki, onlara rəsmən mükafat təqdim olunub.
İndi isə “Neftçi” məğlub olmadığı və oyunla qələbə qazanan yeganə komanda olduğu titulu 3-cü dəfə qazanmaq imkanı əldə edib. Bunun üçün ilk növbədə prinsipial rəqib “Xəzər Lənkəran”la qarşılaşmaq lazımdır. Superkubokun sonuncu, həm də ən titullu komandası bunun üçün əvvəl vaxt tapmalıdır.
Qeyd edək ki, apasport.az saytı oyunun tarixi ilə bağlı oyulun 6-nı avrokuboklar ərəfəsini təklif edib.
1 – sıra sayı, 2 – mövsümün qalibləri, 3 – oyunun keçirildiyi tarix, 4 – çempion, 5 – kubokun sahibi, 6 – hesab, 7 – Superkubokun sahibi.
* - təşkilatçılar “Qızıl dubl” edən komandanı oyunsuz Superkubokla mükafatlandırıb.
** - bəzi klublar AFFA-dan ayrılaraq APFL yaratdığı üçün Superkubok baş tutmayıb.
*** - çempion olan “Kəpəz” imtian etdiyi üçün “Turan” oynayıb.
Vüqar XEYRULLAYEV

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
1 | 1992 | 21.02.1993 | Neftçi | İnşaatçı B | 4:1 | Neftçi |
2 | 1993* | - | Qarabağ | Qarabağ | Keçirilməyib | Qarabağ |
| 1993/94** | - | Turan | Kəpəz | Keçirilməyib | - |
3 | 1994/95 | 23.06.1995 | Turan*** | Neftçi | 1:1, pen. 9:10 | Neftçi |
4 | 2010/11 | 2011 | Neftçi | Xəzər Lənkəran |
|

0
0