Uinston Parks: Bu mükafat mənim üçün qiymətlidir
25.05.2011 - 17:48
Uinston Parks: Bu mükafat mənim üçün qiymətlidir
“Bu, Azərbaycanda aldığım ilk şəxsi mükafatdır və mənim üçün qiymətlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun kosta-rikalı futbolçusu Uinston Parks deyib.

NBC Bank Azərbaycan kubokunda “İnter”lə final oyunun ən yaxşılarından olan 30 yaşlı hücumçu həlledici görüşdə vurduğu qolla turnirin bombardiri oldu. Hesabında 4 qol olan Parksa bu gün Peşəkar Futbol Liqası tərəfindən mükafat – büllur top təqdim olundu.

Uinston bunu özü üçün dəyərli sayır: “Sevinirəm ki, həm Azərbaycanda debüt mövsümdə həm kuboku qazandım, həm də turnirin bombardiri oldum. Bu, mənim üçün önəmlidir. Mükafat xoş hisslər oyadır. Bununla kifayətlənməyib, növbəti mükafatları qazanmağa çalışacağam. Əlbəttə, “Xəzər Lənkəran”ın heyətində avrokuboklarda da yaxşı oynayıb, qol vurmağa, azarkeşləri sevindirmək üçün əlimdən gələni edəcəyəm”.

Mehman SÜLEYMANOV