PFL yayım hüququnu klublardan ala bilər
25.05.2011 - 18:11
Azərbaycan Premyer Liqasında növbəti mövsümdə oyunların yayım məsələsinə baxılacaq. Apasport.az saytının məlumatına görə, son mövsümdə teleyayımın səviyyəsi çempionatı və kuboku keçirən Peşəkar Futbol Liqasını (PFL) razı salmayıb.
Məlum olduğu kimi, yayım hüququ əvvəl PFL-də idisə, ötən mövsüm klublara verildi. Bu da klublara istədikləri telekanallarla anlaşıb, yayımı onların öhdəsinə buraxmağı imkan verirdi. Ancaq bu, lazımı effekt vermədi və nəticədə oyunlar əvvəllə müqayisədə az yayımlandı. Xüsusilə, “Xəzər Lənkəran”ın bir sıra ev oyunları göstərilmədi, Azərbaycan kubokunda ilk yarımfinal matçlarının heç biri canlı yayımlanmadı.
PFL prezidenti Ramin Musayevin sözlərinə görə, bəzi klublar oyunlarının göstərilməyində maraqlı olmurlar. Yayım hüququnun artıq PFL-də yox, klublarla olması təşkilatçı quruma müdaxilə etməyə imkan vermir. Nəticədə bunda azarkeşlər uduzur və onlar bir sıra maraqlı oyunları canlı izləyə bilmirlər.
Bütün bunları nəzərə alan PFL rəhbərliyi növbəti mövsüm öncəsi klublarla yayım məsələsinin müzakirəsi ilə bağlı görüş keçirəcək. Əgər klublar yayım məsələsində problemi aradan qaldıra bilmirlərsə, buna yenidən baxılması və hüququn PFL-a qayıtması mümkündür.
Qeyd edək ki, ötən mövsümə qədər yayım hüququ dövlət televiziyasına - Az.TV və “İdman Azərbaycan” kanalına verilmişdi.

0
0