“Neftçi”dən jurnalistlərə sevindirici xəbər: Mərhələ keçsək...
16.07.2011 - 16:52
Bu gün Bakının “Neftçi” klubu mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirə giriş sözü ilə başlayan klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu media nümayəndələrinin Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dinamo” ilə Zaqrebdəki oyuna aparılmamağından danışıb: “Dinamo” ilə ilk oyundan sonra ölkə mətbuatında çox yazılıb. Belə deyilir ki, klub rəhbərliyi bilərəkdən jurnalistləri Zaqrebə aparmayıb. Bu belə deyil. Biz 22 nəfərlik jurnalist siyahısı tutmuşduq. Lakin müəyyən səbəblərdən bu alınmadı. Lakin komandamız mərhələ keçsə və səfər oyununa çarter reysi ilə yollansa jurnalistləri həmin oyuna aparacağıq. Sizə, köməyinizə ehtiyacımız var”.
Əşrəfoğlu mətbuatdakı tənqidləri düzgün saymır: “İlk oyunu görsəydiz belə yazmazdız. Televiziyalara müraciət edəcəyik ki, həmin oyunu göstərsinlər. Cavab oyununu isə ya Azərbaycan televiziyası, ya da İdman-Azərbaycan kanalı yayımlayacaq”.
“Neftçi” rəsmisi “Qarabağ”ın Avroliqadakı uğurlu çıxışı fonunda özlərinin 0:3 hesabı ilə darmadağın olmasının səbəbini belə izah edib: “Çempionalr Liqasının II təsnifat mərhələsi Avroliqanın ilk 2 təsnifat mərhələsi ilə müqayisədə daha güclüdür”.
Komandasının cavab oyununda iddialı olacağını bildirən Əşrəfoğlu “Dinamo”ya yerini göstərəcəklərini bildirib və qonaqların Bakı planlarını açıqlayıb: “Onlar sabah günorta Bakıya gəlirlər. Komanda “Hyatt Regensy”də, klub rəhbərliyi isə “Excelsior”da məskunlaşacaq. Oyundan 1 gün əvvəl onlar Respublika stadionunda məşqə çıxacaq. Saat 21:-dakı hazırlıqdan 30 dəqiqə əvvəl onların baş məşqçiləri Krunoslav Yurçiçin mətbuat konfransı başlayacaq. Bizim təşkil edəcəyimiz mətbuat konfransı haqda isə əlavə məlumat veriləcək. Bu günkü tədbir oyun öncəsi mətbuat konfransı deyil”.

0
0