Arif Əsədov: Baş məşqçi postundan getməyə hazıram
16.07.2011 - 16:57
“Kimsə gəlib “Neftçi”ni qaldıracaqsa, mən getməyə hazıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
41 yaşlı mütəxəssis bu gün keçirilən mətbuat konfransında azarkeşlərdən üzr istəməyi lazım bilib: “Komanda adından azarkeşlərdən üzr istəyirik. Cavab oyununda gəlin bizə dəstək olun”.
Əsədov Azərbaycan çempionu olmağın avrokuboklarda layiqli oyun göstərməkdən fərqli olduğunu da etiraf edib: “Turan”, “Simurq”la oyunlarda, 1 ay məşq etsəm mən də oynayaram. Avrokuboklarda oynadıqlarını hiss eləməlidirlər. Klub rəhbərliyinin keçirdiyi yığıncaqdan sonra hiss elədim ki, futbolçularımız məsuliyyəti dəerk edirlər.
Baş məşqçi iddialı açıqlamalar da verib: “0:3 hesabı ilə uduzsaq da, qarşıda hələ 2-ci oyun var. Futbolçulara inanırıq. Biz “Barselona” ilə oynasaq da qələbəyə oynayacağıq”.
Qeyd edək ki, mətbuat konfransında futbolçulardan Cavid Hüseynovla, Slavço Georgiyevski də iştirak ediblər. Makedoniyalı legioner azarkeşlərdən üzr istəyibsə, Cavid Bakıda 4 qol vurmağın mümkünlüyündən danışıb.

0
0