Messi və komandası biabır oldu
17.07.2011 - 11:19
Argentinada keçirilən Amerika kubokunda 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarımfinala çıxan ilk 2 komandanın adı artıq məlum olub. İlk matçda Kolumbiya və Peru yığmaları üz-üzə gəlib. Matçın taleyi əlavə vaxtda həll olunub. Həmin yarım saatda 2 cavabsız qol vuran Peru futbolçuları gözlənilmədən növbəti mərhələyə adlayıb.
Argentina – Uruqvay oyunu isə meydan sahiblərinin fiaskosu ilə əlamətdar olub. Lionel Messi və komandası növbəti böyük uğursuzluğa düçar olublar. Onlar doğma divarlar arasındakı çempionatda mübarizəni dayandırıblar. Düzdür, Peresin 5-ci dəqiqədəki qoluna İquayn 12 dəqiqə sonra cavab verə bilib. Lakin penaltilər seriyasınadək sürən mübarizədə Uruqvay qalib gəlib. Lionel heç olmasa 11 metrlik zərbələr seriyasında dəqiq olsa da, Tevezsin fərqlənə bilməməyi Argentinanın 4:5 hesabı ilə uduzmasına səbəb olub.
Qeyd edək ki, Peru və Uruqvay ilk yarımfinal ctünü təşkil edib.

0
0