Paytaxt təmsilçisi Sloveniyada
17.07.2011 - 11:36
“İnter” klubunun əsas komandası təlim-məşq toplanışını davam etdirmək üçün Sloveniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Kranjska Gora şəhərində yerləşən “Špik” otelində məskunlaşan komanda artıq ilk səhər məşqinə çıxıb. Trenajor zalında müxtəlif tapşırıqları yerinə yetirdikdən sonra bakılılar meydançada məşqə başlayıb. Məşqin başa çatmasından sonra komandanın baş məşqçisi Kaxaber Sxadadze məlumat verib ki, futbolçulara kompleks xarakterli məşqlər keçirilib. O, komandanın 3 gün istirahət etdiyini və bu baxımdan futbolçuların tonusa daxil olmalarının vacib olduğunu bildirib. Baş məşqçi təlim-məşq toplanışının ikinci mərhələsinə hazırlıq baxımından xüsusi və qeyri-xüsusi məşğələlər keçirildiyini də vurğuladı.
Mənbə: inter.az
Mənbə: inter.az
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0