Araz Abdullayev Moskvada 3-cü oldu
17.07.2011 - 11:04
Rusiya paytaxtı Moskvada keçirilən Lev Yaşin kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə qatılan İngiltərənin “Everton” klubunun 21 yaşlılardan ibarət komandası III yer uğrunda oyununu keçirib. Britaniyalılar bu matçda Moskva “Dinamo”su ilə görüşüblər. Oyunda 60 dəqiqə forma geyinən 19 yaşlı yarımmüdafiəçimiz baş məşqçi Alan Stabbs tərəfindən Forresterlə əvəzlənib. Onun komandası isə 2:0 hesabı ilə qalib gələrək turniri 3-cü yerdə bitirib.
Qeyd edək ki, bu turnirin Almaniya “Frayburq”u ilə ilk matçında “Everton”da debüt edən Araz artıq yeni komandasında 2 matç keçirib.
Qeyd edək ki, bu turnirin Almaniya “Frayburq”u ilə ilk matçında “Everton”da debüt edən Araz artıq yeni komandasında 2 matç keçirib.
0
0