“Neftçi” Respublika stadionunda
17.07.2011 - 14:27
"Neftçi" klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyununa hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda üzvləri dünən axşam saatlarında klubun bazasındakı meydançada məşq keçiblər. "Neftçi"nin bugünkü məşqi saat 21:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bu gün paytaxtımıza gələn "Dinamo" klubu isə mərkəzi arenada iyulun 18-də məşq edəcək. Saat 21:00-da start götürəcək hazırlıqdan yarım saat əvvəl isə Xorvatiya təmsilçisinin baş məşqçisi Krunoslav Yurçiçin mətbuat konfransı olacaq.
Mənbə: neftchifc.com

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0