“Bakı” Eydur Qudyonsenlə görüşəcək
17.07.2011 - 19:38
“Bakı” Eydur Qudyonsenlə görüşəcək
İslandiya futbolunun əfsanəsi Eydur Qudyonsen özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, “Çelsi” və “Barselona”dakı çıxışları ilə məşhurlaşan 32 yaşlı hücumçu bundan sonra Yunanıstanda oynayacaq. Son klubu İngiltərə “Fulhem”i olan Eydur AEK komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki iyulun 24-də Yunanıstan üçüncüsü AEK (Afina) ilə yoldaşlıq oyunu keçirəcək “Bakı” klubu islandiyalı futbolçu ilə üz-üzə gələcək.