“Neftçi”dən növbəti mətbuat konfransı
17.07.2011 - 22:23
“Neftçi”dən növbəti mətbuat konfransı
"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov və futbolçuları UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə oyunöncəsi mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, tədbir iyulun 18-də baş tutacaq. Mətbuat konfransı "Trend" İnformasiya Agentliyinin konfrans zalında olacaq. Tədbir saat 12:00-da başlanacaq.

Qeyd edək ki, paytaxt təmsilçisi iyulun 16-da da eyni məkanda, təzminən eyni mövzuda mətbuat konfransı keçirmişdi.

Mənbə: neftchifc.com