“Kəpəz” yenə dağılır
18.07.2011 - 10:07
“Kəpəz” yenə dağılır
Azərbaycanın daha bir futbol komandası dağıla bilər. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən titullu klublarından olan “Kəpəz” ciddi maliyyə problemləri ilə üzləşib. Gəncə təmsilçisi yenidən milli çempionatda “Kəpəz” adı qatılmağı planlaşdırsa da, maddi çətinlik Premyer Liqada çıxışını davam etdirməyə imkan vermir.

Özü də gəncəlilər əvvəl də belə problemlə üzləşib. Belə ki, 2006-cı ildə “Gəncə” adını daşıyan komanda maddi sıxıntılara görə çıxışını davam etdirmədi və nəticədə 4 il güclülər dəstəsindən kənarda qaldı. Ötən il I divizionun qalibi kimi yüksək liqaya qayıdan Gəncə təmsilçisi yenidən futbol səhnəmizdən silinməsi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, ötən mövsümün “altılığ”ında Mehman Allahverdiyevi baş məşqçi postuna qaytaran “Kəpəz” bütün titullarını onun rəhbərliyi altında qazanıb. Bu, 3 dəfə ölkə çempionu və 4 dəfə kubokun qalibi olmağıdır.