Dünya futbolunda ilk dəfə!
18.07.2011 - 11:00
Qadınlar arasında dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Almaniyada keçirilən sayca 6-cı mundial sensasiya ilə başa çatıb.
Belə ki, kişi və qadın yığmaları tarixində ilk dəfə dünya çempionu adını Asiya təmsilçisi qazanıb. Finalda ikiqat dünya çempionu ABŞ-la qarşılaşan Yaponiya millisi 2:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında qalib gəlib. Asiyalılar bu seriyada 3:1 hesabına sevinib.
Qeyd edək ki, əvvəlki 5 çempionatda ABŞ (1991, 1999) və Almaniya (2003, 2007) hərəyə 2, Norveç (1995) isə 1 dəfə çempion adını qazanıb. Hesabında 2 qızıl, 1 gümüş və 3 bürünc medal olan amerikalılar bütün mundiallarda mükafatçılar sırasına düşməklə də rekord seriyasını davam etdirir.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0