Məsut Özil nömrəsini dəyişdirdi
18.07.2011 - 11:12
Məsut Özil nömrəsini dəyişdirdi
Məsut Özil Madrid “Real”ında nömrəsini dəyişdirib. Apasport.az saytının məlumatına görə, Almaniya millisinin yarımmüdafiəçi “Kral klubu”nda artıq 23 yox, 10 nömrəli formanı geyəcək. Türk əsilli futbolçu fransalı həmkarı Lassana Diaranın ötən mövsümdən geyindiyi formanı götürüb.

“Real”da debüt mövsümündə 10 qol vurub, 26 məhsuldar ötürmə verən Məsut “10 nömrə”ni hələ dövrlərarası fasilədə götürmək istəsə də, İspaniya Futbol Federasiyası buna icazə verməmişdi.

“Real”ın yeni transferi olan Türkiyə millisinin futbolçusu Nuri Şahin komandadan gedən argentinalı yarımmüdafiəçi Fernando Qaqonun geydiyi 5 nömrəli formanı götürüb.