“Neftçi” jurnalistləri bazasına yığır
18.07.2011 - 12:35
UEFA Çempionlar Liqasının Zaqreb "Dinamo"su ilə cavab oyununa hazırlığını davam etdirən "Neftçi" açıq məşqini klubun bazasında keçirəcək. Apasport.az saytının məlumatına görə, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqini iyulun 17-də keçirən bakılılar oyunöncəsi son məşqdə bu arenanı Zaqreb “Dinamo”suna verəcək. Paytaxt təmsilçisi özü isə bu gün oyun öncəsi son hazırlığını keçəcək. Klubun bazasındakı meydançada baş tutacaq hazırlıq saat 20:00-da start götürəcək. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0