Emil Mpenza: Əsas məsələ mənim meydanda aktivliyimdir
18.07.2011 - 13:37
“Dinamo” ilə Zaqrebdəki matçda qol vurmağı çox istəyirdim. İmkanlarım da oldu, ancaq təəssüf ki, komandamız səfərdə qol sevinci yaşaya bilmədi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin belçikalı futbolçusu Emil Mpenza bu gün keçirilən mətbuat konfransında deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə ilk oyunda 90 dəqiqə meydanda olan təcrübəli hücumçu fərqlənə bilmədi. 0:3 hesabı ilə uduzduqları rəqiblə cavab görüşünə özünü kökləyən Emil bu dəfə daha yaxşı oynayacaqlarını bildirib: “Əminəm ki, bu dəfə əlimə qol şansı düşsə, onu reallaşdıracağam. Səfərdəki məğlubiyyəti unudub, şanslarımızı dəyərləndirməliyik. Erkən vurduğumuz 1 qol bizi daha da həvəsləndirəcək”.
Karyerası boyu məhsuldarlığı, qol duyumu ilə seçilən Mpenza “Dinamo” ilə cavab oyununda komandasının uğuru üçün əlindən gələni edəcəyini bildirib: “Deməzdim ki, qol vurmaqla bağlı problemim var. Belə çətinliyim yoxdur. Sadəcə, hücumçunun əlinə düşən şansdan çox şey asılıdır. Bu, yaranarsa, onu reallaşdıra bilərsən. Ancaq elə ola bilər ki, növbəti oyunda heç bir qol şansım da olmasın. Əsas məsələ meydanda aktivliyimdir. Bizdə orta sahə oyunçuları və müdafiəçilər də qol vura bilərlər”.
Mehman SÜLEYMANOV

0
0