Mitreski oynamayacaq, Alessandro Vyana da Silva ehtiyatda qalacaq
18.07.2011 - 13:40
“Neftçi”nin makedoniyalı futbolçusu İqor Mitreski Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə cavab oyununa iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Arif Əsədov Makedoniya millisinin müdafiəçisinin zədəsinin ciddi olduğunu bildirib.
Əsədov “Maksimir” stadionundakı görüşdə zəif çıxış edən, buraxdığımız qollarda səhvləri olan braziliyalı sol cinah müdafiəçisi Alessandro Vyana da Silvanın bu dəfə əsas heyətdən kənarda qoyacaq. O, Alessandronun mövqeyində milli komandamızın üzvü olan Ruslan Əmircanovu meydana buraxacaq. Əmircanovun “Neftçi”nin bu gün oyun öncəsi mətbuat konfransında iştirakı da əsas heyətdə yer alacağı ilə bağlı idi.
Mehman SÜLEYMANOV

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0