“Qarabağ” “Streymur”la oyuna itki ilə hazırlaşır
18.07.2011 - 14:50
“Qarabağ” klubu “Streymur”la oyuna hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, Farer adaları təmsilçisi ilə Avroliqanın II təsnifat mərhələsinin cavab görüşünə iyulun 21-də çıxacaq ağdamlılar gündə bir məşqlə kifayətlənirlər.
Bu gün eyni zamanda bir neçə gənc futbolçu səhər məşqinə çıxıb. Amma komandanın əsas məşqi 19:00-da nəzərdə tutulub. Axşam məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.
Komandada yeganə itki isə Tural İsgəndərovdur. 19 yaşlı yarımmüdafiəçi hələlik trenajor zalında məşq edir.
Qeyd edək ki, “Qarabağ”ın səfərdə “Streymur”la ilk oyunu 1:1 ilə yekunlaşmışdı.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0