Elnur Allahverdiyev: Mərhələ keçməsək, bunu faciəyə döndərəcəklər
18.07.2011 - 23:01
“Makkabi”nin adını eşidəndə, çox güclü olduğunu düşünürdük. Lakin oyunda gördük ki, zənn etdiyimiz kimi deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.
O, Avropa Liqasının II təsnifat mərhələsinin İsrail “Makkabi”si ilə Təl-Əvivdəki oyunu haqda fikirlərini açıqlayıb: “Meydanda göründü ki, onlara qarşı oynamaq da olar, yaxşı nəticə qazanmaq da. Təəssüf ki, səhvlərə yol verdik. Qol şanslarımız da oldu, onlardan istifadə etsəydik, nəticə fərqli olardı”.
Elnur Lənkərandakı oyunda 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmağın mümkünlüyünü bildirib: “Bunun üçün erkən qol vurmalıyıq, başqa yol yoxdur. 10-15 dəqiqəyə ilk qolu vursaq, mərhələ keçəcəyik”.
Allahverdiyev səhv etdiyi epizod haqda danışıb: “Səhv etdiyim epizoda topu itirdim. Heç kim istəməz ki, belə səhv etsin. Topu o biri ayağıma keçirmək istəyirdim, meydan nəm idi. Düzdür, kobud səhv etdim, lakin artıq-əskik hərəkət, yəni rəqibi aldatmağa cəhd etmirdim. Topu itirsəm də, sonadək mübarizə apardım. Bunun da bəhrəsi oldu”.
Müdafiəçi mərhələ keçməməyi faciə saymır: “İkinci hissədə rəqib yoruldu. Biz fiziki cəhətdən daha güclü idik. Şansımız var, mərhələ keçməliyik. Əsas da budur. Rəqibin güclü-zəif olmasının isə fərqi yoxdur. Mərhələ keçməsək, bunu faciəyə döndərəcəklər. Amma unutmasınlar, “Makkabi” güclü komandadır. Bizdən yenə qələbə gözləyirlər. Məğlubiyyət də ki, həmişə məğlubiyyətdir”.
Qeyd edək ki, Təl-Əvivdə 1:3 hesabıyla uduzan “Xəzər Lənkəran” “Makkabi” ilə cavab matçına iyulun 21-də çıxacaq.

0
0