“Simurq” Sergey Yuranla müqavilə bağladı
18.07.2011 - 15:21
“Komandanı yeni mövsümdə Sergey Yuran çalışdıracaq. Artıq onunla ortaq məxrəcə gəlmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.
Son mövsümdə Premyer Liqadakı yerini itirən Zaqatala təmsilçisi yeni çempionata iddialı hazırlaşır. Qyoko Hacıyevskinin baş məşqçi postundan istefasından sonra komandanın “sükanı arxası”na gətirilən ukraynalı mütəxəssis “Simurq”u artıq iş başında da izləyib.
Belə ki, hazırlığını paytaxtda həyata keçirən “sarı-qaralar” AZAL-ın əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanı Yuran tribunadan izləyib.
Sabah paytaxtda sonuncu oyununu keçirəcək “Simurq” “Şahdağ”la münasibətlərini aydınlaşdıracaq. Bu arada yeni baş məşqçiyə bir yerli mütəxəssis kömək edəcək. Ötən mövsüm qapıçılarla işləyən Nizami Sadıqov bu dəfə ikinci məşqçi funksiyasını yerinə yetirəcək. Daha iki köməkçini isə Yuran özü ilə gətirəcək.
Oyundan sonra Zaqatalaya qayıdıb, məşqlərini doğma məkanda həyata keçirəcək əyalət təmsilçisinin düşərgəsində bir neçə futbolçu baxışdadır. İcraçı-direktorun sözlərinə görə, həmin futbolçular barədə yekun qərarın baş məşqçi verəcək: “Junivan Suares, Hüseyn İsgəndərov, Rəşid Həsənov komandada baxışdadır. Onların qalıb-qalmayacağı bilinmir”.

0
0