Qapıçı Abdullayevə, Abdullayev isə mətbuata “atdı”
18.07.2011 - 23:05
Kamal Bayramovun “Xəzər Lənkəran”a keçidindən sonra qapıçı axtarışlarını davam etdirən “Turan”ın son mövsümü “Simurq”da keçirən xorvatiyalı qolkiper Adnan Hodziçlə müqavilə imzalayacağı gözlənilirdi. Apasport.az saytının xəbərinə görə, hətta Tovuz təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev qolkiperin birbaşa Gürcüstana müqavilə imzalamağa gələcəyini bildirmişdi.
Ancaq xorvatiyalı son anda fikrini dəyişib. Belə ki, o, “Simurq”da qalmağa üstünlük verib. Hodziçin bu cür addım atmasına səbəb həm yolun uzaq, həm də məvacibin aşağı olması olub. “Turan” isə adı açıqlanmayan ukraynalı qapıçı ilə anlaşacaq.

0
0