Emil Mpenza yarımmüdafiəçiləri günahlandırır
18.07.2011 - 23:07
“Zaqrebdəki matçda psixoloji cəhətdən tam hazır idik. Rəqibdən çəkinmirdik və oyunumuzla da bunu sübut etdik. Kim deyirsə ki, “Neftçi” psixoloji cəhətdən oyuna hazır deyildi, yanılır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin belçikalı hücumçusu Emil Mpenza deyib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Zaqreb “Dinamo”sun ilk oyunda 0:3 hesabı ilə məğlub olan “Neftçi” bunun revanşını almaq niyyətindədir. Mpenza görüşdən sonra komandanın kəskin tənqid edilməsi ilə razılaşmayıb. O, heç də pis çıxış etmədiklərini bildirib: “Birinci hissədə daha yaxşı oynadıq. Bunu hamı deyir. Yaratdığımız qol şansları da dediklərimin sübutudur”.
Səfərdə böyük hesablı məğlubiyyətdən sonra yerli azarkeşlərin “Neftçi”nin mərhələ keçəcəyinə inamı azalıb: “Hər şey mümkündür. Zaqrebdə “Dinamo”nun cəmi 3 real qol şansı oldu, ondan istifadə etdi. Bu dəfə biz bunun edəcəyik. Azarkeşlər ruhdan düşməməli, stadiona gəlməlidirlər”.
Artıq bir ilə yaxındır ölkəmizdə çıxış edən Emil heç də yaxşı mənadan fərqlənməyib. Belə ki, karyerası ərzində qol duyumu ilə seçilən hücumçu “Neftçi”nin heyətində nadir hallarda fərqlənir. Təcrübəli futbolçu bunun səbəbini belə izah edib: “Bu futboldur. Bəzən çox çalışırsan, amma “çərçivə”yə düşə bilmirsən. Elə vaxt da olur, az əmək sərf etməklə buna nail olursan”.
“Neftçi”nin mərhələ keçəcəyinə inandığını qeyd edən Mpenza ilk oyunda yarımmüdafiəçilərin işindən narazı qaldığını açıq şəkildə deyib: “Yarımmüdafiədə kimin oynayacağını, hansı taktika ilə mübarizə aparacağımızı baş məşqçi müəyyənləşdirir. Çempionat oyununda onlar yaxşı çıxış edirdilər. Əla ötürmələr edirdilər, topla daha çox oynamağıma şərait yaradırdılar. Ancaq “Dinamo” ilə matçda onlardan razı qalmadım”.

0
0