“Qəbələ” Londona 20 futbolçu ilə yollandı
18.07.2011 - 15:40
“Qəbələ” 2011/2012 mövsümünə hazırlığın ikinci hissəsini keçirmək üçün Londona yollanıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, birbaşa reyslə Böyük Britaniya paytaxtına uçan komanda günorta saatlarında mənzil başına çatıb.
“Village London-Elstree” otelində məskunlaşan “Qəbələ” səfərə 20 oyunçu - Pavel Doroşevs, Anar Nəzirov, Lyubo Baranin, Saşa Yunisoğlu, Mahir Şükürov, Nodar Məmmədov, Vurğun Hüseynov, Sergey Sokolov, Daniel Kruz, Aleksandr Çertoqanov, Aldulkader Kamara, Arif İsayev, Yaşar Abuzərov, Dudu, Rövşən Əmiraslanov, Deon Barton, Murad Hüseynov, Viktor Mendi, Tərzin Cahangirov və Nuran Qurbanovla yollanıb.
Baş məşqçi Toni Adams, müdafiəçi Stiv Olfers və yarımmüdafiəçi Bruno da Silva komandaya Londonda qoşulacaqlar.
“Qəbələ”nin Londondakı təlim-məşq toplanışı 10 gün çəkəcək və iyulun 28-də başa çatacaq. İngiltərədə keçiriləcək hazırlıq çərçivəsində “Qəbələ” 5 yoxlama görüşü keçirəcək:
20 iyul – “Barnet” FC
23 iyul – “Bishop Stortford”
24 iyul – “Saint Albans”
26 iyul – “Hayes&Yeading”
27 iyul – “Luton Town”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0