Messinin 6 yaşı olanda...
18.07.2011 - 16:25
Argentina millisi “uğursuzluq zolağı”ndan çıxa bilmir. Apasport.az saytının məlumatına görə, doğma meydanda keçirilən Amerika kubokunda mübarizəni 1/4 finalda dayandıran Lionel Messinin lideri olduğu komanda uzun illərdir yarımfinal həsrətindədir. Söhbət dünya və qitə çempionatlarından gedir. Planetin ən yaxşı futbolçusu sayılan istedad da yığmanı heç cür arxasınca daşıya bilmir. Argentina üçün keçilməz olan 1/4 final səddi sonuncu dəfə 1993-cü ildə keçilib.
Hələ Dieqo Maradonanın oynadığı həmin vaxtlarda “zolaqlılar” fırtına kimi əsirdi. Hətta Maradonanın olmadığı “Amerika kuboku – 1993” bu komandanın çempionluğu ilə başa çatmışdı. Bu zəfərə sevinən vaxt 6 yaşı olan Messi Maradonanın davamçısı sayılsa da, millini arxasınca apara bilmir.
18 ildir 1/4 finalı keçə bilməyən argentinalılar 5 dəfə dünya, 7 dəfə qitə çempionatında uğursuzluğa düçar olub. Bu 12 turnirin son 5-də Messi olsa da Argentinanın qazancı heç nə olub. Hətta 2 əfsanənin – baş məşqçi Maradona və futbolçu Messinin birgə səyləri də son mundialda fayda vermədi.

1993 | Amerika kuboku | çempion |
|---|---|---|
1994 | DÇ | 1/8 final |
1995 | Amerika kuboku | 1/4 final |
1997 | Amerika kuboku | 1/4 final |
1998 | DÇ | 1/4 final |
1999 | Amerika kuboku | 1/4 final |
2001 | Amerika kuboku | Imtina |
2002 | DÇ | Qrup mərhələsi |
2004 | Amerika kuboku | 2-ci mərhələ |
2006 | DÇ | 1/4 final |
2007 | Amerika kuboku | 2-ci mərhələ |
2010 | DÇ | 1/4 final |
2011 | Amerika kuboku | 1/4 final |
0
0