“Muğan” Premyer Liqada oynamaqdan rəsmən imtina etdi
18.07.2011 - 16:36
“Muğan” klubu Azərbaycan Premyer Liqasında çıxışını davam etdirməyəcək. Bu haqda apasport.az saytına Salyan təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.
Növbəti mövsümdə I divizionda oynayacaqlarını deyən Şirəliyev bildirib ki, bu, klubun dağılması anlamıma gəlmir: “Sadəcə, belə qərara gəldik ki, komanda çıxışını I divizionda davam etdirsin. Bununla əlaqədar PFL-ə rəsmi məktub göndərmişik. Bundan sonra bütün diqqətimizi yerli futbolçuların inkişafına yönəldəcəyik. Komandamızda legioner olmayacaq. Salyanda xeyli müddətdir müxtəlif yaş qrupları üzrə komandalarımız fəaliyyət göstərir. Öz yetirmələrimizə üstünlük verib, onların inkişaf etməyini istəyirik. Bildiyiniz kimi, yerli futbolçularla Premyer Liqada iddialı olmaq çox çətindir. Buna zaman lazımdır. Ondansa, həmin 13-15 yaşlı futbolçularımızın I divizionda çıxış edib, oyun təcrübələrini artırmasını daha məqsədəuyğun saydıq. Bir neçə ildən sonra komanda kimi formalaşıb, Premyer Liqaya çıxıb, oynaya bilərik”.
“Muğan” Bəhmən Həsənovun gedişindən sonra yeni baş məşqçini müəyyənləşdirib: “Bu, Heydər Ağayevdir. O, aşağı yaş qruplarımızdan ibarət komandalarımızın baş məşqçisi olub. Komanda yenə ev oyunlarını Salyan Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək”.
Qeyd edək ki, “Muğan” buna qədər adlandığı NBC kimi I divizionda oynayıb və 2008-ci ilin yayında “Masallı” dağılandan sonra XVIII çempionatın startına az qalmış Premyer Liqada oynamaq təklifini müsbət cavablandırıb. Salyan təmsilçisi debüt mövsümünü gedişində “Muğan” adlandırıldı. Komanda güclülər dəstəsində 3 mövsümdə müvafiq olaraq 12, 10 və 8-ci yerləri tutub. Salyan təmsilçisini Premyer Liqada son mövsümdə 11-ci yeri tutaraq, I diviziona düşən Zaqatalanın “Simurq” klubu əvəzləyəcək.
Mehman SÜLEYMANOV

0
0