Bərbad oyun, erkən vida - YENİLƏNİB
19.07.2011 - 21:46
Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Azərbaycan Premyer Liqasının ən güclüsü olan “Neftçi” Xorvatiya çempionu “Dinamo” ilə ikinci duelə çıxıb.
Zaqrebdə üzləşdiyi 0:3 hesablı darmadağınla azarkeşlərini məyus edən “ağ-qaralar” nüfuzunu bərpa etməyi bacarmayıb. Paytaxt təmsilçisi növbəti dəfə bərbad oyun nümayiş etdirərərək, 0:0 hesablı heç-heçə ilə kifayətlənib.
Zaqreblilərin üstünlüyü şəraitində keçən matçda “Neftçi”nin məğlub olmamağının yeganə səbəbkarı isə Saşa Stamenkoviç olub. Serbiyalı qolkiper dəfələrlə bərbad oyun göstərən komandasını qoldan xilas edib.
Qarşılaşma azsaylı azarkeş ordusunun gözü önündə baş tutub. Əvvəlki illərdə, əvvəlki baş məşqçilərinin qurduğu komanda Respublika stadionunu heç olmasa avrokuboklarad doldurmağa qadir idisə bu dəfə fanatlar da “Neftçi”yə biganə qalıb. Arenanın təxminən 1/4 hissəsini dolduran azarkeşlər isə bərbad oyun və biabırçı taktikadan qəzəblənib ikinci hissə boyu istefa sədaları səsləndirdilər. Lakin “Arif Əsədov, istefa” sədaları da meydanda gəzişən futbolçuları ayıltmayıb. Bundan sonra isə Respublika stadionunda atəşfəşanlıq başlayıb. Tamaşaçılar fişəngərlə Əsədovu yola salmağa cəhd etdilər.
Beləliklə, ardıcıl 5 oyundur qələbə qazana bilməyən, Əsədovun baş məşqçi postuna gəlişindən sonra prinsipial rəqibi “Xəzər Lənkəran”ı yenə bilməyən “Neftçi” avrokuboklarala erkən vidalaşdı. Azarkeşlərinin ürəyini növbəti dəfə qıran bakılıların avrokuboklardakı ev oyunlarında imza atdığı seriya da qırıldı.
Belə ki, Əsədovdan fərqli onun xələfləri Azərbaycan rekordunu müəyyənləşdirmişdi. Söhbət avrokuboklardakı ev oyunlarında qazanılan ardıcıl qələbələrdən gedir. Sonuncu dəfə 2004-cü ilin yayında axırda UEFA kubokunu qazanan Rusiya MOİK-i Bakıdan məğlubedilməz ayrılmışdı – 0:0. O vaxtdan “Neftçi” bütün qonaqları Bakıya gəlməyə peşman edirdi. Ardıcıl 6 ev qələbəsi qazanmaqla mütləq Azərbaycan rekordunun sahibi bu müddətdə “Hafnarfyordur” (İslandiya), “Anderlext” (Belçika), “Nitra” (Slovakiya), “Jerminal” (Belçika), “Vaslui” (Rumıniya) və “Rid” (Avstriya) kimi komandalara Respublika stadionunda gücünü göstərmişdi. Lakin indiki, zəif Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edə bilməyən “Neftçi” bunu bacarmadı.
“NEFTÇİ” (BAKI, AZƏRBAYCAN) – “DİNAMO” (ZAQREB, XORVATİYA) - 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Hannes Kaasık (Estoniya)
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Emil Mpenza, 14. Bahodir Nasimov, 18. Ruslan Əmircanov, 15. Ruslan Abışov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 11. Cavid Hüseynov, 16. Allessandro, 19. Mirhüseyin Seyidov, 22. Ruslan Qurbanov, 25. Cavid İmamverdiyev.
Baş məşqçi: Arif Əsədov.
DİNAMO: 30. İvan Kelava, 14. Şime Vrsalko, 13. Tonel, 24. Domaqoy Vida, 3. Luis İbanes, 7. Yerko Leko, 16. Milan Badel (k), 20. Mehmet Alispahiç, 10. Sammir, 21. Fatoş Beçiray, 99. İvan Krstanoviç.
Ehtiyat oyunçular: 12. Filip Lonçariç, 5. Adrian Kalello, 8. Mateo Kovaçiç, 11. İvan Tomeçak, 17. Yakub Silvestr, 18. Mario Şitum, 55. Ante Rukavina.
Baş məşqçi: Krunoslav Yurçiç.
İlk oyun – 0:3

0
0