Şahin Diniyev İranda işləyəsi olmadı
18.07.2011 - 20:26
Millimizin sabiq çalışdırıcısı Şahin Diniyevin İranın "Rah-Ahan" klubunun baş məşqçisi olmaq məsələsi yubanır. Apasport.az saytının məlumatına görə, Diniyev hələ də Azərbaycandadır.
Diniyevin Rusiyanın "Terek" klubundan ayrıldıqdan sonra yenidən ölkə xaricində işləmək məsələsi gündəmə gəlsə də, bu çox güman ki, baş tutmayacaq. Çünki "Rah-Ahan" klubunda ciddi problemlər mövcuddur. Belə ki, komandanın yeni sponsoru hələ də himayədarlığı öz üzərinə götürmür. Odur ki, komanda hələ də vakant qalan baş məşqçi postuna mütəxəssis dəvət etmir.
Verilən məlumata görə, əgər sponsor məsələsi də həl olunsa belə, Diniyev "Rah-Ahan"ı çalışdırmayacaq. Çünki rəhbərlik komandanın sükanı arxasına yenə yerli mütəxəssis gətirmək fikrinə düşüb.
Qeyd edək ki, Diniyev mümkün keçidini müzakirə etmək üçün 2 dəfə İranda olub.

0
0