Millimizin sabiq hücumçusu məhkəmədə!
18.07.2011 - 23:16
Azərbaycan yığmasının sabiq hücumçusu Kənan Kərimovun klubsuz qalmasının səbəbi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, futbolçu bir müddət öncə avtomobil qəzasına düşüb.
Kənan bildirib ki, həmin qəzadan sonra ayağında ağrılar var: "B kateqoriyası alan məşqçilər üçün təşkil olunan seminarlara gələndə qəzaya düşdüm. Maşın çox əzilsə də, özüm ciddi xəsarət almadım. Amma qəzadan sonra ayağımda ağrılar hiss etdim. İndi də həmin ağrılardan əziyyət çəkirəm".
Kərimov deyib ki, işi hələ də məhkəmə orqanlarındadır: "Düzü, bu işlə əlaqədar olaraq, futbolla ciddi şəkildə maraqlana bilmədim. Bəlkə də, bu səbəbdən hələ də klubsuz qalmışam. Hüquq mühafizə orqanları bu məsələ ilə bağlı hələ də məni sorğu-sual edirlər".
Qeyd edək ki, Toni Adamsın gəlişindən sonra "Qəbələ"dən ayrılan futbolçu ondan bəri peşəkar karyerasına ara verib.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0