“Neftçi” erkən qol vurmağa çalışacaq”
18.07.2011 - 23:41
“Neftçi” erkən qol vurmağa çalışacaq”
“Neftçi” ilk dəqiqələrdən hücuma atılıb, erkən qol vurmağa çalışacaq. Xüsusilə də, ilk 15-20 dəqiqədə çoxlu hücumlar olacaq. Ancaq komandam istənilən təhlükəni sovuşdurmağa hazırdır”. Apasport.az saytının xəbərinə görə, bunu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün "Neftçi"nin qonağı olacaq Zaqreb "Dinamo"sunun baş məşqçisi Krunoslav Yurciç deyib.

Oyun öncəsi təşkil olunan mətbuat konfransında Yurciç “ağ-qaralar”ın heyətində ehtiyatlandığı futbolçunun adını çəkib: “Rəqibin heyətində bir neçə təcrübəli futbolçu var. Xüsusilə də, Slavço Georgiyevski və Flavinyo. Bu futbolçular həqiqətən yüksək səviyyəli oyunçulardır. Futbolçularımda hər şey qaydasındadır. Yəni, necə idilərsə, indi də elədirlər. Heç bir dəyişiklik olmayacaq. Biz özümüzü yaxşı hiss edirik”.