“Xəzər Lənkəran”ın məşqini 1000-dən çox azarkeş izlədi
19.07.2011 - 00:16
"Xəzər Lənkəran" dünən “Fırtınalar Meydanı”nın yardımçı meydançasında axşam məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Mirça Rednikin komandası müxtəlif hazırlıqlar üzrə məşq keçib.
Fiziki çalışmalarla yanaşı taktiki düzülüşlü hazırlıq prossesi o qədər zəngin olub ki, sanki Rednik bütün məşqçilik bacarığını ortaya qoymaq istəyirdi. Yardımçı meydançanın kənarında toplaşan azarkeşlər də heyranlıqla məşq prossesini izləyiblər.
Azarkeşlərdən söz düşmüşkən, hələ məşqin başlamasına yarım saat qalmış stadionun qarşısına yüzlərlə azarkeş toplaşmışdı. Ümumilikdə isə "Xəzər Lənkəran"ın məşqini 1000-dən çox azarkeş izləyib.

0
0