Krunoslav Yurciç: Mən Slavko Georgiyevski kimi futbolçuları sevirəm
19.07.2011 - 08:41
“Bakıda çətin, gərgin oyun gözləyirəm. İlk oyundakı böyük hesablı qələbəyə baxmayaraq “Neftçi”yə hörmətlə yanaşıram. Onların səviyyəli komanda olduğunu bilirik. Lakin Bakıya işimizi bitirməyə gəlmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Krunoslav Yurciç deyib.
Zaqreb təmsilçisinin çalışdırıcısı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına qatılıb. Yurciç oyun haqda fikirlərini açıqlayıb: “Neftçi”nin erkən qol vurmaq istəyini bilirik. Lakin biz buna hazırıq. Bakıda havanın çox isti olması bizi qorxutmur. Zaqrebdə 40 dərəcə ustudə də oynamışıq. Yeganə fərq burdakı rütubətdədir”.
Yurciç “Neftçi”nijn heyətində ən çox bəyəndiyi futbolçunu da açıqlayıb: “Slavko Georgiyevski çox ağıllı futbolçudur. O, komandasının tempini düzgün müəyyənləşdirməyi bilir. Mən belə oyunçuları sevirəm. Üstəlik, Flavinyo və Mpenza da var”.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0