Azərbaycan jurnalisti Avropanın ən yaxşı futbolçusunu seçəcək
19.07.2011 - 08:55
Azərbaycan jurnalisti Avropanın ən yaxşı futbolçusunu seçəcək
UEFA Avropanın İdman Orqanlarının Assosiasiyası (ECM) ilə birgə yeni mükafat təsis etməyi qərara alıb. Apasport.az saytının məlumatına görə, bu mükafat Avropanın ən yaxşı futbolçusuna veriləcək. Həmin futbolçu milliyyətindən asılı olmayaraq, UEFA-nın üzvü olan assosiasiyalardan birinin təmsil etdiyi klubda oynamalıdır. 2010/11 mövsümünün qalibi müəyyənləşdirilməsi zamanı bütün - daxili və beynəlxalq yarışlarda oyunlar, klubda və milli komandada çıxışlar nəzərə alınır.

Münsiflər heyəti 53 tanınmış idman jurnalistlərindən ibarət olacaq. Özü də onlar UEFA-nın hər bir üzvünü təmsil edəcək və bunlar arasında Azərbaycan da olacaq. Əvvəlcə jurnalist onun fikrinə görə ötən mövsümün ən yaxşı üçlüyünün adını çəkəcək 1-ci yerə 5, 2-ci yerə 3, 3-cü yerə görə 1 xal veriləcək. Ən çox xal yığan 3 futbolçu II tura keçəcək. Orada da məhz onlar arasında qalib seçiləcək.

Futbol tarixində ilk dəfə olaraq UEFA-nın versiyasına görə Avropanın ən yaxşısı Çempionlar Liqasının qrup mərhələsinin Monakodakı püşkatması zamanı keçiriləcək. Jurnalistlər xüsusi elektron sistem vasitəsilə canlı efirdə səs verəcəklər.

Qeyd edək ki, mükafata 3 namizədin adı iyulun 25-də UEFA-nın rəsmi saytında açıqlanacaq.