“Simurq” Sergey Yuranın qarşısında duran vəzifəni müəyyənləşdirib
19.07.2011 - 09:49
“Simurq” rəhbərliyi yeni baş məşqçisi Sergey Yuranın qarşısında duran vəzifəni müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi 42 yaşlı çalışdırıcının başçılığı altında növbəti mövsümdə ilk “altılığ”a düşməyə çalışacaq. Bu, komandaya medallar və avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağa imkan verir.
2006-cı ildən milli çempionatımızın iştirakçısı olan “Simurq” iyulun 22-də keçiriləcək püşkatma zamanı növbəti mövsümdə təqvimini biləcək. Artıq komandasını məşqə çıxaran, hazırlığı “Şəfa” stadionunda keçirən Yuran sabah Zaqatalaya yollanacaq. O, komandasının bazası və stadionu ilə daha yaxından tanış olacaq.
Qeyd edək ki, “Simurq” Yuranın bu gün təqdimatını keçirəcək. “Caspian Plaza”da keçiriləcək tədbir saat 13:00-da başlayacaq.

0
0