“Fənərbaxça” I liqaya, Əziz Yıldırım ömürlük həbsə göndərilir
19.07.2011 - 11:36
“Fənərbaxça” Əziz Yıldırım haqda iddia edilən qərardan şoka düşüb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm danışılmış oyunlarda əsas günahkarlardan sayılan Yıldırım barədə prokurorluğun 87 il həbs cəzası istəniləcəyi deyilir.
Məhkəmənin çıxardığı qərarla son hökm çıxanadək həbsxanada olan “Fənər”in prezidentinin hazırda 59 yaşı var. Ona görünməmiş cəza kəsilərsə, həbsxanada dünyasını dəyişəcək. Hər halda, postundan istefa verməli olan Yıldırımın 2098-ci ilədək – 146 yaşına qədər yaşayacağı inandırıcı deyil.
Bu məsələlərlə bağlı dindirilən “İstanbul Böyükşəhir Bələdiyyəspor”un tanınmış futbolçusu İbrahim Akının hər şeyi etiraf etməsi Yıldırım durumunu çətinləşdirib. Danışılmış oyunlarda əsas günahlandırılan “Fənərbaxça”, “Trabzonspor”, “Beşiktaş” və ötən mövsüm Bank Asiya I liqanın çempionu kimi Superliqaya yüksələn “Mersin İdman Yurdu” klublarının I liqaya göndəriləcəyi, “Fənər”lə “Beşiktaş” arasında Superkubokunun oyununun keçirilməyəcəyi, Türkiyənin avrokuboklarda təmsilçilərinin sayının 3-ə endiriləcəyi, Superliqada növbəti mövsümün başlanma tarixinin təxirə salınacağı gündəmdədir.

0
0