“Araz Abdullayev nə vaxtsa “Everton”un əsas heyət futbolçusu olsa...” - EKSKLÜZİV
19.07.2011 - 12:10
“Araz Abdullayev nə vaxtsa “Everton”un əsas heyət futbolçusu olsa...” - EKSKLÜZİV
“Komandamızın rəhbərliyi Araz Abdullayevlə bağlı hər hansı açıqlama vermək istəmir. Bu da səbəbsiz deyil”. Bunu apasport.az saytına açıqlamasında “Everton” klubunun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Darren Qriffits deyib.

Liverpul təmsilçisinin televiziya kanalında şərhçilik edən britaniyalı Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin “Everton”un U-21 komandasındakı debütünə şərh verməkdən boyun qaçırıb. Qriffits bunu onunla izah edib ki, 19 yaşlı yarımmüdafiəçi əsas komandanın üzvü deyil: “Araz “Everton”un əsas komandasının futbolçusu deyil. Əgər bu oyunçu nə vaxtsa “Everton” üçün əsas futbolçulardan olsa, onda klub rəhbərliyi Abdullayev haqda ətraflı danışa bilər”.