“Rah-Ahan” Şahin Diniyevi başqa azərbaycanlı ilə əvəzlədi
19.07.2011 - 13:46
Azərbaycanlı mütəxəssis Şahin Diniyevlə danışıqlar aparan İranın “Rah-Ahan” klubu yeni baş məşqçisini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Tehran təmsilçisi ölkənin ən yaxşı, məşhur futbolçularından olan Əli Daeni komandanın “sükanı arxası”na gətirib.
Əslən Cənubi Azərbaycandan olan 42 yaşlı çalışdırıcı 4 illik məşqçilik karyerasında uzun illər kapitanı olduğu İran millisinə rəhbərlik etməyə imkan tapıb. O, 2008-ci ilin avqustun 27-də Tehranda Berti Foqtsun baş məşqçisi olduğu yığmamıza 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə iş başında olub. Daei son iş yeri olan “Persepolis” klubundan bu il ayrılıb.
Qeyd edək ki, Diniyev “Rah-Ahan”ın dəvəti ilə İrana danışıqlara gedərək, müqavilə bağlamaqla bağlı ilkin razılıq əldə etmişdi. Ancaq maddi problemlə üzləşən, sponsor məsələsini həll edə bilməyən iranlılar millimizin sabiq çalışdırıcısı ilə əməkdaşlıq etməyə qərar verəsi olmadılar.

0
0