Yuran Arif Əsədovun cavabını verdi: Əgər sən məşqçisənsə...
19.07.2011 - 14:00
Yuran Arif Əsədovun cavabını verdi: Əgər sən məşqçisənsə...
“Simurq”la danışıqlara hələ mayda başlamışdıq. Amma konkret müzakirələrə bir müddət əvvəl start verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib.

Tanınmış mütəxəssis bu gün keçirilən təqdimat mərasimində qarşıya qoyulan vəzifə haqda danışıb: “Qarşımıza ilk “altılığ”a düşmək vəzifəsi qoyulub. Bilirik ki, bu çox çətin olacaq. Çünki hazırlıqlara gec başlamışıq. Seleksiya işi lazımi səviyyədə aparılmayıb. Çalışacağıq ki, əsasən yerlilərə güvənək. Daha istedadlıları axtaracağıq”.

Yuran “Neftçi”nin baş məşqçisi Arif Əsədovun da cavabını verib. O, Zaqreb “Dinamo”suna 0:3 hesablı məğlubiyyətə görə cavab verərkən “1 ay məşq edib “Simurq” və “Turan”a qarşı oynayaram” deyən həmkarını meydanda görməyə hazırdır: “Əgər o, bizə qarşı oynamaq istəyirsə, oynasın. Bunda bir problem görmürəm. Lakin bir məsələ də var ki, sən məşqçisənsə, rəqibinə hörmət etməlisən və belə şeylər danışmamalısan”.