Şotlandiyalı qapıçı “Qəbələ”nin düşərgəsində
19.07.2011 - 23:00
Şotlandiyalı qapıçı “Qəbələ”nin düşərgəsində
“Komandanın düşərgəsinə 2 futbolçu qoşulmalı idi. Artıq onlardan biri “Qəbələ”nin hazırlıq prosesində iştirak edir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.

O bildirib ki, baxışa çağırılan şotlandiyalı qapıçı Qrem Smit artıq komandanın düşərgəsindədir: “Qrem Smit artıq komanda ilə birgə məşq edir. O, baxışa dəvət edilib. Baş məşqçinin etimadını qazanacağı təqdirdə, qolkiperlə müqavilə imzalanacaq”.

Klub rəsmisinin sözlərinə görə daha bir futbolçu də baxışa gələcək. Braziliyalı oyunçunun ampluası yarımmüdafiəçidir. Onun qalıb-qalmaması barədə də qərarı baş məşqçi verəcək.

Qeyd edək ki, karyerası Şotlandiyanın “Hibernian” klubu ilə bağlı olan 28 yaşlı yaşlı qapıçı sabah “Qəbələ”də ilk oyununa çıxa bilər. O, təmsilçimizin Londondakı ilk yoxlama matçında “Barnet” klubuna qarşı forma geyə bilər.