“Qəbələ”nin müdafiəçisi Torresin davamçısı oldu
19.07.2011 - 14:54
“Qəbələ”nin müdafiəçisi Torresin davamçısı oldu
“Qəbələ” klubunun futbolçularının yeni mövsümdə hansı nömrə altında çıxış edəcəyi müəyyənləşib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, İngiltərə paytaxtı Londona səfər öncəsi futbolçular nömrələrinə qovuşub.

Əksər futbolçular əvvəlki nömrələri altında çıxış edəcək. Lakin istisnalar da var. Hollandiyalı müdafiəçi Stiv Olfers bundan sonra 34 deyil, 20 (əvvəllər Kristian Torresə məxsus olub), 3 nömrəli futbol köynəyində oynayan Nodar Məmmədov isə 15 nömrə altında çıxış edəcək. Komandanın yeni üzvləri Mahir Şükürov 4, Vurğun Hüseynov 3, Rövşən Əmiraslanov 19, Daniel Kruz 26, Aleksandr Çertoqanov 18, Dodo 77 və Viktor Mendi isə 9 nömrə altında oynayacaqlar.

Qapıçılar: 12. Pavel Doroşev, 30. Anar Nəzirov, 1. Elnar Kərimov

Müdafiəçilər: 6. Lyubo Baranin, 33. Saşa Yunisoğlu, 5. Sergey Sokolov, 20. Stiv Olfers, 15. Nodar Məmmədov, 3. Vurğun Hüseynov, 26. Daniel Kruz

Yarımmüdafiəçilər: 7. Yaşar Abuzərov, 16. Abdulkader Kamara, 8. Bruno da Silva, 17. Arif Isayev, 4. Mahir Şükürov, 19. Rövşən Əmiraslanov, 18. Aleksandr Çertoqanov, 77. Dodo, 9. Viktor Mendi

Hücumçular: 10. Deon Barton, 22. Murad Huseynov, 24. Tərzin Cahangirov, 25. Nuran Qurbanov