UEFA-nın ən yaxşı saydığı futbolçu Vaqif Cavadovun yanına gəldi
19.07.2011 - 15:05
UEFA-nın ən yaxşı saydığı futbolçu Vaqif Cavadovun yanına gəldi
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun oynadığı Rusiyanın “Volqa” klubu daha bir futbolçunu heyətinə cəlb edib. Apasport.az saytının məlumatına görə, ötən yay “Xəzər Lənkəran”ı Avroliqadan uzaqlaşdıran Moldovanın “Olimpiya” klubunun futbolçusu Mixail Paseçnyuk Nijni-Novqorod təmsilçisinin düşərgəsində yer alıb.

29 yaşlı sol cinah yarımmüdafiəçisi ötən mövsüm Moldova çempionatının əsl kəşfi olub. Belə ki, Mixail UEFA-nın versiyasına əsasən Moldovanın ən yaxşı gənc futbolçusu seçilib. Ölkəsinin gənclər yığmasının üzvü olan Paseçnyuk artıq əsas yığmaya da cəlb olunub.