Prokurorluq Türkiyə yığmasının kapitanına 5 il iş istədi
19.07.2011 - 15:23
Prokurorluq Türkiyə yığmasının kapitanına 5 il iş istədi
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi Türkiyə yığmasının kapitanı Əmrə Belözoğlu atası ilə birgə həbs oluna bilər. Apasport.az məlumatına görə, buna səbəb onların evlərinin sahəsini qanunsuz olaraq genişləndirmələridir.

Belə ki, “Fənərbaxça”nın ulduz futbolçusu və atası Mehmet əlavə bəzi otaqlar tikməklə, gizli iş yerləri açıblar. Ancaq ata və oğul evi elə bu formada almaqlarını iddia edərək özlərini müdafiə ediblər. Buna baxmayaraq, Belözoğlulara qarşı cinayət işi açılıb və məhkəmədən onlara 5 il həbs cəzası istənilib.

Evi tikən memar Hayri Köseoğlu isə məsələyə belə aydınlıq gətirib: “Haqqında danışılan bina plan və layihəyə uyğun inşa edilib. Bunun sonradan alan adamlar içəridə və çöldə əlavə işlər görüblər”.