Qvardiolanın komandası “Sumqayıt Şəhər”ə yol açdı
19.07.2011 - 16:44
Yoldaşlıq oyununda Azərbaycan Premyer Liqasının təmsilçisi “Sumqayıt Şəhər”lə qarşılaşan Bolqarıstanın “Ludoqorets” (Razqrad) klubu FİFA-ya şikayət edəcək. Apasport.az saytının məlumatına görə, sumqayıtlılara 4:1 hesabı ilə qalib gələn bolqarlar təmsilçimizlə oynamaq məcburiyyətində qalmaqlarından narazıdır.
Məsələ ondadır ki, Razqrad klubu oyun günü Qətərin “Əl-Əhli” komandası ilə qarşılaşmalı idi. Lakin İspaniya “Barselona”sının baş məşqçisi Xosep Qvardiolanın futbolçu karyerasının son illərini keçirdiyi ərəb klubu bu görüşdən imtina edib.
Hərçənd yoxlama oyunu ilə bağlı tərəflər arasında rəsmi razılaşma olubmuş. İndi bu sənədlə FİFA-nın üstünə qaçan bolqarlar qətərlilərin layiqli cəzasını almasını istəyir.
Düzdür, sınaqçı rəqibin imtinasına görə çətin vəziyyətə düşünən Razqrad təmsilçisi bu boşluğu tezliklə aradan qaldırıb. Bu da “Sumqayıt Şəhər” sayəsində mümkün olub. Qvardiolanın sabiq komandasının imtinası həmyerlilərimizin yolunu açıb. Lakin razqradlılar onlara “atan” ərəbləri bağışlamaq fikrində deyillər.

0
0