“Bakı” üçün 2 günə 2 oyun
19.07.2011 - 19:13
“Bakı” üçün 2 günə 2 oyun
Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən paytaxtın "Bakı" klubu iyulun 20 və 21-də iki yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, "zolaqlılar"nı sabahkı rəqibi Sloveniya birinci liqa təmsilçisi "NK Radomlje" olacaq.

Oyun "Sportni Park Roqaska" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İyulun 21-də isə "Bakı" Türkiyə Superliqa təmsilçisi "Karabük Karademirspor"la qarşılaşacaq.

Son mövsümü 9-cu yerdə başa vuran Türkiyə klubu ilə oyunun start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.