Fatoş Beçiray: “Neftçi” bu gün zəif təsir bağışladı
19.07.2011 - 21:56
“Öz meydanımızda olduğu kimi, rəqibi Bakıda da məğlub etmək istəyirdik”. Bunu apasport.az saytına açıqlamasında Zaqreb “Dinamo”sunun futbolçusu Fatoş Beçiray deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Xorvatiya təmsilçisinin futbolçusu matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun vəziyyətindən gileylənib: “Topla istəyimiz kimi rəftar edə bilmirdik. Buna baxmayaraq, komandamız məqsədinə çatdı. İlk oyunla müqayisədə “Neftçi” bu gün zəif təsir bağışladı. Biz Çempionlar Liqasında qrup mərhələsinə düşməyi istəyirik”.
Xatırladaq ki, ötən həftə Zaqrebdə 0:3 hesabı ilə uduzan “Neftçi”nin “Dinamo” ilə cavab matçında qalib müəyyənləşməyib.

0
0