Mehmet Alispahiç: Qapıçınız yaxşı oynadı
19.07.2011 - 23:03
“Qapıçınız yaxşı oynadı. O, bir neçə dəfə komandanızı real qoldan xilas etdi”. Bunu apasport.az saytına açıqlamasında Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi”ni mübarizədən kənarlaşdıran “Dinamo”nun futbolçusu Mehmet Alispahiç deyib.
Havanın isti olmasından şikayətlənən Zaqreb təmsilçinin üzvü bildirib ki, ilk görüşdə olduğu kimi, məqsədləri təkrar oyunda da qələbə qazanmaq olub: “Zaqrebdəki qarşılaşmada rəqibə şans vermədik. Bakıya da qələbə üçün gəlmişdik. Amma qol vura bilmədik. Hər halda, növbəti mərhələyə yüksəldik və buna görə komandamızı təbrik edirəm”.

0
0